Nensi Pelosinin Ermənistana səfər proqramı açıqlanıb

Nensi Pelosinin Ermənistana səfər proqramı açıqlanıb
# 17 sentyabr 2022 15:48 (UTC +04:00)

ABŞ Senatının Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər proqramı açıqlanıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətini İrəvana gələcək.

"Sentyabrın 17-19-da spiker Pelosi baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin sədri Alen Simonyan və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək, ABŞ-Ermənistan münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək", məlumatda qeyd olunub.

Spiker Pelosi, həmçinin, mətbuata müraciət edəcək, "Erməni Soyqırımı" Memorialına əklil qoyma mərasimində iştirak edəcək.

Pelosini Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin sədri Frank Pallone, nümayəndələr Anna Eşoo və Caki Speier müşaiyət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR