“NEXTA” teleqram-kanalının qurucusu Roman Protaseviç əfv edilib.
APA xəbər verir ki, müvafiq sərəncam 16 mayda Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanıb.
Qeyd edək ki, bu ilin 3 may tarixində Minsk vilayət məhkəməsi Protaseviçi cəzasını cəzaçəkmə müəssisəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edib, lakin sonradan onun barəsində çıxarılan hökm qanuni qüvvəyə minənə qədər Protaseviçin ev dustaqlığına buraxılması qərara alınıb.
Xatırladaq ki, Protaseviç 2021-ci il mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” şirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğu olması ilə bağlı məlumata görə Minsk hava limanına məcburi eniş etdikdən sonra Minskdə saxlanılıb.