Nikol Paşinyan Ərdoğana zəng edib

Nikol Paşinyan Ərdoğana zəng edib
# 07 fevral 2023 21:08 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana telefon zəngi edib.

APA xəbər verir ki, Paşinyan dağıdıcı zəlzələdə həlak olanlara görə Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib.

Paşinyan bildirib ki, erməni xilasedicilərin təyyarəsi İrəvan aeroportunda uçuşa hazırlanır.

Ərdoğan Ermənistan hökumətinin başçısına kömək üçün təşəkkür edib. Türkiyə prezidenti qeyd edib ki, bu addım ikitərəfli dialoqun dərinləşməsi üçün vacib addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR