Norveç səfiri Rusiya XİN-ə çağırılıb

Rusiya - Norveç

© APA | Rusiya - Norveç

# 28 noyabr 2022 17:13 (UTC +04:00)

Norveçin Rusiyadakı səfiri Robert Kvile Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya XİN saytında məlumat verilib.

Qeyd olunub ki, səfirin çağırılmasına səbəb Norveçdə Rusiya vətəndaşlarının saxlanılması və barələrində aparılan məhkəmə prosesidir. Onlar pilotsuz uçuş aparatlarının (PUA) qanunsuz istifadəsində təqsirli bilinirlər.

Nazirlikdən o da qeyd olunub ki, Rusiya vətəndaşlarının Norveçdə həbs olunması ədalətli deyil və siyasi xarakterlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR