“Novaya qazeta”nın qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət olunub

“Novaya qazeta”nın qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət olunub
# 28 iyul 2022 14:38 (UTC +04:00)

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) “Novaya qazeta” nəşrinin media orqanı kimi qeydiyyatının etibarsız sayılmasını tələb edir.

APA TASS-a istinadən xəbər verir ki, iyulun 26-da məhkəməyə “Roskomnadzor”dan “Novaya qazeta”ya qarşı kütləvi informasiya vasitələrinin qeydiyyatının etibarsız sayılması ilə bağlı iddia daxil olub.

Qeyd olunub ki, iddiaya baxılacağı tarix hələ müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR