Özbəkistanda havanın temperaturu normadan 30 dərəcə aşağı düşəcək

Özbəkistanda havanın temperaturu normadan 30 dərəcə aşağı düşəcək
# 08 dekabr 2022 22:53 (UTC +04:00)

Özbəkistanda havanın temperaturunun mənfi 24 dərəcəyə düşəcəyi gözlənilir.

APA xəbər verir ki, bu barədə Özbəkistanın Hidrometeorologiya Xidməti Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qış aylarında ölkə ərazisində havanın orta temperaturu 5 dərəcə isti olur.

Dekabrın 12-dək isə ölkədə havanın temperaturunun mənfi 24 dərəcəyədək enməsi normadan 30 dərəcə aşağı hesab olunur.

Bildirlib ki, ən aşağı temperatur ölkənin şimalında, Qaraqalpaqıstanda və Xarəzm vilayətində gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR