Qazaxıstan parlamenti Nazarbayevin ömürlük vəzifələrini ləğv edib - VİDEO

Nursultan Nazarbayev

© APA | Nursultan Nazarbayev

# 19 yanvar 2022 13:55 (UTC +04:00)

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının və Qazaxıstan Xalqları Assambleyasının ömürlük sədri vəzifələrindən azad edilib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Qazaxıstan parlamenti (aşağı palata) bununla bağlı düzəlişləri təsdiq edib.

Nursultan Nazarbayev Qazaxıstan Xalqları Assambleyasında sədrliyi Prezident Kasım-Jomart Tokayevə 2021-ci ildə, Təhlükəsizlik Şurasında sədrliyi isə son iğtişaşlar zamanı təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR