Paşinyan ABŞ MKİ-nin direktoru ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib

Paşinyan ABŞ MKİ-nin direktoru ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib
# 15 iyul 2022 22:11 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsü qəbul edib.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Tərəflər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə ediblər.

Paşinyan və Börns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR