Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədindəki fəaliyyətini müzakirə ediblər.
Görüş zamanı regional təhlükəsizlik, sülh və sabitlik məsələləri, bu istiqamətdə atılan addımlar, Qarabağ ətrafında fikir mübadiləsi aparılıb.
Aİ-nin xüsusi nümayəndəsi və Ermənistan hökumət başçısı regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması, həmçinin sərhəd təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi ilə bağlı məsələləri də müzakirə ediblər.
Paşinyan Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
© APA | Toivo Klaar, Nikol Paşinyan
MDB

Peskov Ukraynadakı müharibənin nə qədər davam edəcəyi ilə bağlı suala cavab verməyib

Lavrovun müavini: KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazırıq

Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib
