Paşinyan və ABŞ-ın Qafqaz üzrə baş müşaviri Azərbaycanla normallaşmanı müzakirə edib

Filip Riker və Nikol Paşinyan

© APA | Filip Riker və Nikol Paşinyan

# 01 dekabr 2022 16:56 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, regional stabillik və təhlükəsizliyin təmin olunması üçün atılan addımlar müzakirə olunub.

Xatırladaq ki, Filip Riker bu gün İrəvana gedib və dekabrın 4-nə kimi orada rəsmi səfərdə olacaq. O, bundan əvvəl Azərbaycanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR