Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət işi üzrə şahid qismində dindirilib.
APA News.am-a istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Karamyan iyunun 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2022-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı müxalifət deputatlarının suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, Paşinyan aprelin 18-də dövlətə xəyanətlə bağlı cinayət işi çərçivəsində dindirildiyini açıqlamışdı.