Paşinyan Ərdoğanla görüşün xüsusi nümayəndələrdən asılı olduğunu bildirib

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 24 dekabr 2021 22:03 (UTC +04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların uğurlu olacağı təqdirdə mümkün olacaq.

APA-nın məlumatına görə, dekabrın əvvəlində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətləri normallaşdırmaq üçün tərəflər yaxın vaxtlarda qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edəcəklər, həmçinin, İrəvanla çarter reysləri açılacaq.

Nazir qeyd edib ki, Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul - İrəvan - İstanbul reysləri ilə bağlı müraciətlərinə baxır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR