Paşinyan: Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı cavab təkliflərini təqdim edəcək

Paşinyan: Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı cavab təkliflərini təqdim edəcək
# 16 mart 2023 11:38 (UTC +04:00)

Ermənistan yaxın vaxtlarda Azərbaycana sülh sazişi ilə bağlı cavab təkliflərini təqdim edəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan qeyd edib ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib: "Təklifləri müzakirə edib yaxın vaxtlarda öz cavabımızı təqdim edəcəyik. Biz sülhə sadiqik".

Xatırladaq ki, Ermənistan tərəfi sülh sazişi üzərində görülən işlərə 2022-ci ilin martında Azərbaycanın bu ölkəyə 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflər mübadiləsi edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR