Paşinyan: Ermənistan Rusiyadan ittifaq dövlətinə daxil olmaq üçün rəsmi təklif almayıb

Paşinyan: Ermənistan Rusiyadan ittifaq dövlətinə daxil olmaq üçün rəsmi təklif almayıb
# 10 yanvar 2023 12:44 (UTC +04:00)

Ermənistan Rusiyadan ittifaq dövlətinə daxil olmaq üçün rəsmi təklif almayıb.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Rusiyadan ittifaq dövlətinə daxil olmaq üçün rəsmi təklif almamışıq, amma reallıqda hər şey göründüyü qədər açıq deyil”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət əvvəl yerli televiziyaya müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Qriqoryanın bəyanatlarını təxribat adlandırıb. O, bu bəyanatların həqiqəti əks etdirmədiyini, Rusiya məmurlarından heç kimin bu barədə açıqlama vermədiyini və kiminsə vasitəsilə erməni tərəfinə bunu çatdırmadığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR