Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazirin verdiyi COVID-19 test pozitiv çıxıb.
Hazırda Paşinyanın izolyasiya olunduğu və xəstəliyi simptomsuz keçirdiyi əlavə olunub.
Xatırladaq ki, Nikol Paşinyan 2020-ci ilin iyununda da COVID-19-a yoluxmuşdu.