Paşinyan Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibini təsdiqləyib

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 27 yanvar 2022 18:51 (UTC +04:00)

Ermənistanda Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibi açıqlanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın qərarı ilə siyahı təsdiqlənib.

Şuranın sədri ədliyyə naziri Karen Andreasyan olacaq. Şuranın tərkibinə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyan, Ombudsman Kristine Qriqoryan daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR