Paşinyan KTMT-dən narazılıq edib: “Müharibə vaxtı gözləntilərimiz doğrulmadı”

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 16 may 2022 16:58 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitində təşkilatdan narazılıq edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Paşinyan çıxışında KTMT-nin 44 günlük müharibədə Ermənistanın gözləntilərini doğrultmadığını bildirib.

O, KTMT-nin təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən 2010-cu il 10 dekabr tarixli böhranlı vəziyyətlərə reaksiya barədə sənədə uyğun hərəkət etmədiyini vurğulayıb: “Təəssüf ki, təşkilat Ermənistan Respublikasının gözlədiyimi kimi, reaksiya vermədi”.

Paşinyan uzun müddət Ermənistanın KTMT-yə üzv olan ölkələr tərəfindən Azərbaycana silah satışı ilə bağlı məsələni də qaldırdıqlarını əlavə edib: “Düzünü desək, KTMT-yə üzv ölkələrin 2020-ci ildə 44 günlük müharibə zamanı və müharibədən sonrakı dövrdə reaksiyaları Ermənistanı və erməni xalqına çox da şad etmədi”.

Bununla belə, Paşinyan Rusiya Prezidenti Vladimir Putin İkinci Qarabağ müharibəsinin dayandırılmasında oynadığı rolu qeyd edib. O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına ölkəsinin sadiq olduğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR