Paşinyan müttəfiqlərinin Ermənistana silah satmaqdan imtina etdiyini deyib - VİDEO

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 29 sentyabr 2022 11:39 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi ölkələrin, o cümlədən müttəfiqlərinin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

“Yüz milyonla dolların ödənilməsinə baxmayaraq, ölkələrin, o cümlədən müttəfiqlərin silah tədarükü öhdəliyini icra etməməsi halları var. Bu, ağır reallıqdır və biz situasiyanı dərindən analiz etməliyik”, - Paşinyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR