Paşinyan Overçukla regionda kommunikasiyaların bərpasını müzakirə edib

Paşinyan Overçukla regionda kommunikasiyaların bərpasını müzakirə edib
# 22 dekabr 2021 11:19 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

APA-nın “Spuntik Armenia”ya istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib.

Görüş zamanı tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivini və Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin rəhbərlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR