Paşinyan: Rusiya ilə münasibətlərə görə, sanksiyalara məruz qalmağa razı ola bilmərik

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 22 may 2023 17:34 (UTC +04:00)

Ermənistan sanksiyalara məruz qalmamaq çərçivəsində Rusiya ilə əməkdaşlıq edir.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, Ermənistanla Rusiya strateji və tərəfdaşlıq münasibətlərindədirlər:

“Ermənistanla Rusiya arasında tərəfdaşlıq strateji xarakter daşıyır, lakin İrəvan Qərbin sanksiyalarından yayınmağa imkan verən çərçivədən kənara çıxmayacaq. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Rusiya ilə də münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir, lakin eyni zamanda, razı ola bilmərik ki, Ermənistan sanksiyalara məruz qalsın”, - Paşinyan qeyd edib.

O, "buna görə də Rusiya ilə sanksiyalar altına düşməməyə imkan verəcək çərçivədə əməkdaşlıq edəcəyik”, - deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR