Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 09 sentyabr 2022 13:09 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə “armenpress” Özbəkistan Prezidentinin mətbuat katibinə istinadən məlumat yayıb.

Bildirilib ki, 15-16 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək ŞƏT-in növbəti sammitinə Nikol Paşinyan da qatılacaq.

Qeyd olunub ki, ŞƏT-in sammitində 15 ölkənin rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Çin, Hindistan, İran, Pakistan və digər dövlətlərin liderləri də iştirak edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qonaq qismində tədbirə qatılacaq.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR