Paşinyan: Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkələrin vətəndaşları üçün açılması ciddi irəliləyiş olar

Paşinyan: Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkələrin vətəndaşları üçün açılması ciddi irəliləyiş olar
# 12 noyabr 2022 00:39 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəbəb Tayyib Ərdoğanla Praqadakı görüşünü müsbət qiymətləndirib.

APA-nın xəbərinə görə, Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, onların diskursunda üst-üstə düşməyən məqamlar olmayıb.

“Əgər davamlı iş, siyasi istək və iradə olarsa bu diskursu daha da yaxınlaşdırmaq, yəni münasibətləri nizamlamaq mümkündür” – deyə Paşinyan qeyd edib.

Baş nazirin fikrincə, Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkələrin vətəndaşları üçün açılması ciddi irəliləyiş olar: “Biz hazırda bu məsələ üzərində işləyirik. Amma illuziyaya qapılıb bunun 2 gün içində baş verəcəyini deyə bilmərəm. Lakin biz bunun üçün ardıcıl işləməliyik” – deyə Paşinyan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR