Paşinyan və KTMT Baş katibi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Nikol Paşinyan - İmanqali Tasmaqambetov

© APA | Nikol Paşinyan - İmanqali Tasmaqambetov

# 17 mart 2023 16:52 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetovu İrəvanda qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və təşkilatda kollektiv təhlükəsizlik mexanizmlərini müzakirə edib.

Onlar həmçinin KTMT-nin məsuliyyət zonasında və regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR