Paşinyan yenidən Rusiyaya səfər edəcək

Paşinyan yenidən Rusiyaya səfər edəcək
# 29 may 2023 18:13 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.

APA Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib.

Məlumata görə, Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü Soçidə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR