Paşinyanın istefa verəcəyi təkzib olunub: "Qulaqlarının dibini görərlər"

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 06 may 2022 18:29 (UTC +04:00)

Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşimyanın istefa verəcəyinə dair yayılan məlumatlara aydınlıq gətirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.

O qeyd edib ki, Baş nazirin istefasına dair şayiəni yayanlar qulaqlarının dibini görərlər.

Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. O bildirib ki, hər il Baş nazirin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb etmək absurddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR