Paşinyanın partiyası parlamentdə müxalifətin Qarabağla bağlı bəyanat layihəsini dəstəkləməyib

Ermənistan parlamenti

© APA | Ermənistan parlamenti

# 16 mart 2023 13:25 (UTC +04:00)

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsini dəstəkləməyib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, parlamentin Xarici Əlaqələr Komissiyasının iclaslarında “Vətəndaş müqaviləsi”nin deputatları bitərəf qalıb.

Bəyanatın ilkin mətni ötən ilin dekabrında hazırlanıb, lakin səsvermə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR