Patriarx Kirill ukraynalıları və rusları barışığa çağırıb

Patriarx Kirill ukraynalıları və rusları barışığa çağırıb
# 25 yanvar 2023 15:02 (UTC +04:00)

“Rusiya dövləti taleyüklü çağırışlarla üz-üzədir. Bu çağırışlara tarixi Rusiya xalqlarının, o cümlədən rus, ukraynalı və belarus xalqlarının əlaqələrini gücləndirəcək cavab tapmaq lazımdır. Bu xalqlar qardaşlararası çəkişmə cəhdlərinə son qoymalı və təxribatlara uymamalıdırlar”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Xilaskar İsa Məsih Məbədində oxuduğu xütbədə bildirib.

"Bizim kilsəmiz bütün Rusiyanın kilsəsidir. İstər Rusiya, istər Ukrayna, istər Belarus, istərsə də tarixi Rusiyaya daxil olan digər ölkələr və xalqlar bizim xidmət apardığımız yerdir. Bu o deməkdir ki, yaranan problemləri bizim dualarımız müşayiət etməlidir ki, Allah ilk növbədə insanları barışdırsın”, - deyə Patriarx Kirill vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR