Patruşev: ABŞ Ukraynaya diqqətini cəmləmək üçün qəfildən Əfqanıstanı tərk edib

Nikolay Patruşev

© APA | Nikolay Patruşev

# 10 yanvar 2023 13:58 (UTC +04:00)

ABŞ Ukraynaya diqqətini cəmləmək üçün qəfildən Əfqanıstanı tərk edib.

APA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev “Arqumentı i Faktı” nəşrinə müsahibəsində bildirib.

Nikolay Patruşevin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinkenin “ABŞ hərbçiləri Əfqanıstanı tərk etməsəydilər, Vaşinqton Ukraynaya bu qədər pul ayıra bilməyəcəkdi” kimi bəyanat verməsi bunu təsdiqləyir.

Nikolay Patruşev həmçinin qeyd edib ki, ABŞ-ın Əfqanıstanda mövcudluğu terrorizmlə mübarizəyə deyil, çoxmilyonluq korrupsiya sxemlərinin yaradılmasına və narkotik istehsalının dəfələrlə artmasına çevrilib.

“Əfqanıstandan çıxarılan hərbi texnikanın bir hissəsi Avropaya, əsasən Polşaya göndərilib və avropalılara Kiyev rejiminin silahlandırılmasını həyata keçirməyə imkan verib”, - Patruşev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR