Patruşev: “Amerikaya gedən tələbələr "rəngli inqilab"ların təşviqatçıları kimi qayıdır”

Nikolay Patruşev

© APA | Nikolay Patruşev

# 17 iyun 2022 12:51 (UTC +04:00)

"ABŞ-da təhsil almağa gedən tələbələr "rəngli inqilab"lar ssenarilərinin həyata keçirilməsi üçün zəmin yaratmağa hazır olan təşviqatçılar kimi vətənə qayıdırlar".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvanda KTMT-dən olan həmkarları ilə görüşündə deyib.

"ABŞ və bir sıra Avropa ölkələrinin səfirlikləri qrantlar verir və dövlət qulluqçuları üçün təlimlər təşkil edir. Vaşinqton həm də məktəb və universitet təhsilini dəyişdirmək, ən yaxşı tələbələrin Amerikaya qısamüddətli səfərlərini dəstəkləmək məqsədi güdür. Sonra da onlar oradan qondarma demokratik dəyişikliklərin və "rəngli inqilab" ssenarilərinin həyata keçirilməsi üçün zəmin yaratmağa hazır təşviqatçılar kimi qayıdırlar”, - deyə Patruşev vurğulayıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, postsovet məkanında son on ildə ABŞ tərəfindən maliyyələşdirilən yüzə yaxın qeyri-dövlət xəbər agentliyi açılıb. Onun qiymətləndirmələrinə görə, informasiya sahəsinə xüsusi diqqət yetirilməlidir: "Vəziyyətin təhlili göstərir ki, informasiya təhlükəsizliyi sahəsində çağırışların sayı durmadan artır və bu vəziyyət, ilk növbədə, ABŞ və onun müttəfiqlərinin tam hökmranlığını, informasiya məkanında suveren dövlətlərin fikrindən asılı olmayaraq bütün dünyaya informasiya-kommunikasiya texnologiyalarından istifadəni tənzimləmək üçün öz qaydalarını diktə etməyi təmin etmək üçün artan istəkləri ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR