Patruşev: “Bir sıra dövlətlər Ukraynanın parçalanması üçün fəal iş aparır”

Nikolay Patruşev

© APA | Nikolay Patruşev

# 31 may 2022 16:07 (UTC +04:00)

Artıq bir sıra dövlətlər Ukraynanın parçalanması üçün fəal iş aparırlar, Kiyev rejiminin, eləcə də ABŞ və onun müttəfiqlərinin hərəkətləri Ukraynanın dağılmasına gətirib çıxarır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kazanda Volqaətrafı regionda milli təhlükəsizliyin təmin edilməsinə dair müşavirədə çıxış edərkən bildirib.

"Onlar bizə deyirlər ki, Ukraynanın suveren qalmasına, ərazi bütövlüyünü qoruyub saxlamasına tərəfdardırlar. Amma biz bilirik ki, bir sıra dövlətlər artıq onun parçalanması üçün fəal iş aparırlar", - deyə Patruşev vurğulayıb.

Onun sözlərinə görə, Vladimir Zelenski Donbas sakinlərini separatçı elan edərək onlarla hərbi əməliyyatlar apararaq, polyaklara xüsusi status, o cümlədən yüksək dövlət vəzifələrində işləmək imkanı vermək və əslində Ukrayna ərazisində başqa dövlətin vətəndaşlarına hüquqlar vermək niyyətindədir.

“Belə olan halda Ukraynanın suverenliyi nə dövlət başçısını, nə də daha çox öz geosiyasi məqsədlərinə çatmaq üçün Ukrayna xalqının maraqlarını qurban verməyə hazır olan ABŞ və onun müttəfiqlərini narahat edir. Onların hərəkətləri Ukraynanın real parçalanmasına gətirib çıxarır”, - deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Patruşev onu da bildirib ki, Rusiya Donbas əhalisini qorumaq, Ukraynanı neonasistlərdən və radikal millətçilərdən təmizləməyi hədəfləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR