Patruşev Kalininqradda müşavirə keçirib - YENİLƏNİB

Patruşev Kalininqradda müşavirə keçirib - YENİLƏNİB
# 21 iyun 2022 13:37 (UTC +04:00)

Moskva ilə mübarizə Vaşinqton və onun müttəfiqlərinin hərəkətlərini müəyyən edən əsas motivə çevrilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kalininqradda Rusiyanın şimal-qərbində milli təhlükəsizliyin aktual problemlərinə həsr olunmuş müşavirədə bildirib.

O, tədbiri açaraq Şimal-Qərb Federal Dairəsinin regionlarında Rusiyanın Dövlət Sərhəd Siyasətinin Əsaslarının həyata keçirilməsinə yenidən baxılmasını təklif edib.

“Bu mövzunun aktuallığı onunla əlaqədardır ki, NATO-nun sərhədlərin şimal-qərb istiqamətində hərbi və kəşfiyyat mövcudluğunun müşahidə edilən artımı ilə əlaqədar Rusiya Federasiyasının sərhəd məkanında milli təhlükəsizliyə təhdidlər formalaşır. Demək olar ki, Rusiyaya qarşı mübarizə ABŞ və müttəfiqlərinin siyasətini müəyyən edən əsas amilə çevrilib”, - Patruşev vurğulayıb.

***

13:09

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın şimal-qərbində milli təhlükəsizliklə bağlı müşavirə keçirmək üçün Kalininqrad vilayətinə işgüzar səfərə gedib.

APA-nın Moskva müxbirinin məlumatına görə, müşavirə Litvanın Avropa İttifaqının sanksiyalarına məruz qalmış bir sıra malların Rusiyanın əsas ərazisindən tranzitinə elan etdiyi embarqo ilə bağlı həyəcanlı vəziyyət fonunda keçiriləcək.

“Müşavirə Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Qutsanın, Şimal-Qərb Federal Dairəsinə daxil olan regionların rəhbərlərinin, bir sıra nazirlik və idarələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək. ”, - deyə Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.

O da bildirilib ki, Patruşevin Kalininqrada səfəri hələ Litvanın Kalininqrad vilayətinə tranzitə məhdudiyyətlər qoymasından əvvəl planlaşdırılıb və bu hadisələrlə birbaşa əlaqəsi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR