Patruşev: ”Rusiya və Çin qarşılıqlı dəstəyə daha çox hazır olmalıdır”

Nikolay Patruşev

© APA | Nikolay Patruşev

# 19 sentyabr 2022 14:38 (UTC +04:00)

Müasir şərtlərdə Rusiya və Çin qarşılıqlı dəstək və əməkdaşlığın inkişafına daha çox hazır olmalıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Rusiya və Çin arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin dərin tarixi kökləri var. Müasir şəraitdə ölkələrimiz qarşılıqlı dəstəyə və əməkdaşlığın inkişafına daha da çox hazır olduqlarını nümayiş etdirməlidirlər", - deyə Patruşev vurğulayıb.

Qeyd edək ki, Patruşev Çinə səfər edib. O, ictimai təhlükəsizlik, ədliyyə və asayişlə bağlı Rusiya-Çin məsləhətləşmələrinin yeddinci raundu çərçivəsində Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Siyasi və Hüquq Komissiyasının katibi Quo Şenqkun ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR