Patruşev Ukraynanın bir neçə dövlətə parçalana biləcəyini açıqlayıb

Patruşev

© APA | Patruşev

# 26 aprel 2022 17:32 (UTC +04:00)

Ukraynada yaşayan xalqları indi yalnız millətçi batalyonların vəhşiliklərinin qorxusu birləşdirir. Ona görə də Qərbin və onun nəzarəti altında olan Kiyev rejiminin siyasətinin nəticəsi yalnız bu ölkənin bir neçə dövlətə parçalanması ola bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“Amerikalılar Rusiyanı sıxışdırmaq üçün Kiyevdəki əlaltılarından istifadə edərək ölkəmizin antipodunu yaratmaq qərarına gəldilər. Bunun üçün isə Ukraynanı seçdilər, mahiyyətcə vahid bir xalqı parçalamağa çalışaraq... Ukraynalıları öz tərəfinə cəlb etmək üçün heç bir müsbət əsas tapmayan Vaşinqton, hələ 2014-cü ildəki dövlət çevrilişindən çox-çox əvvəl ukraynalılara öz millətinin müstəsnalığını və ruslara aid olan hər şeyə nifrət aşılamağa başladılar”, - Patruşev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR