Patruşev: “Ukraynanın bitərəf statusu Konstitusiyasında əksini tapmalıdır”

Patruşev: “Ukraynanın bitərəf statusu Konstitusiyasında əksini tapmalıdır”
# 05 iyul 2022 11:56 (UTC +04:00)

Qərbin Kiyevə silah tədarük etməsinə baxmayaraq, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Xabarovskda milli təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda çıxışı zamanı deyib.

“Xüsusi əməliyyatın məqsədləri Ukraynanın neonasist rejimi tərəfindən insanların soyqırımından qorunmasını təmin etmək, Ukrayna ərazisini silahsızlaşdırmaq və denasifikasiya etmək, əslində onun bitərəf statusuna nail olmaqdır ki, bu da Konstitusiyada əksini tapmalıdır. ABŞ və Qərbin Ukraynaya hərbi yardım göstərməsinə, öldürücü silahların tədarükünün artmasına baxmayaraq, bu məqsədlərə nail olunacaq”, deyə Patruşev vurğulayıb.

O, xatırladıb ki, Rusiya xüsusi hərbi əməliyyata başlamaq məcburiyyətində qalıb: “Çünki Ukraynada neonasizmin yayılması, onun ərazisində ABŞ-ın hərbi bioloji proqramında iştirak edən bioloji laboratoriyaların fəaliyyət göstərməsi, habelə Kiyev hakimiyyət orqanlarının nüvə silahının yaradılması və NATO-ya daxil olmaq planları təkcə Rusiyanın deyil, bütün dünyanın təhlükəsizliyinə ciddi təhdidlər yaradırdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR