Patruşev: Xüsusi əməliyyatın bəyan olunan bütün məqsədlərinə nail olunacaq

Patruşev: Xüsusi əməliyyatın bəyan olunan bütün məqsədlərinə nail olunacaq
# 29 mart 2023 12:44 (UTC +04:00)

Qərbdən Ukraynaya hərbi yardımın artmasına baxmayaraq, xüsusi əməliyyatın bəyan olunan bütün məqsədlərinə nail olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

O, Rusiyanın Ukraynanın demilitarizasiyasına və denasistifikasiyasına nail olacağını, öz ərazi bütövlüyünü və əhalinin təhlükəsizliyini təmin edəcəyini söyləyib.

Patruşev bildirib ki, ABŞ-ın Ukraynada genişmiqyaslı bioloji fəaliyyətlər aparması, Amerika elitasının bu işə qarışması barədə təkzibolunmaz sübutlar var.

Patruşev nüvə müharibəsi riskindən də danışıb. Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə müharibəsinin və nüvə dövlətləri arasında hərbi qarşıdurmanın yolverilməzliyi mövqeyinə sadiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR