Patruşev: “Xüsusi hərbi əməliyyatın müddəti üçün tələsmirik”

Patruşev: “Xüsusi hərbi əməliyyatın müddəti üçün tələsmirik”
# 24 may 2022 12:30 (UTC +04:00)

Rusiya xüsusi hərbi əməliyyatın müddəti üçün tələsmir, çünki Ukrayna nasizminin bir neçə ildən sonra daha da eybəcər formada başını qaldırmaması üçün onun tamamilə kökünü kəsmək vacibdir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumenti i faktı” qəzetinə müsahibəsində bildirib.

“Biz xüsusi hərbi əməliyyatın müddəti üçün tələsmirik. Nasizmin kökü ya yüz faiz kəsilməlidir, ya da o, bir neçə ildən sonra başını qaldıracaq və daha da çirkin formada olacaq”,- deyə Patruşev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR