Peskov Baydenin müşavirinin Uşakov və Patruşevlə danışıqları məlumatına münasibət bildirib

Peskov Baydenin müşavirinin Uşakov və Patruşevlə danışıqları məlumatına münasibət bildirib
# 07 noyabr 2022 14:05 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqları barədə məlumata münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin sözçüsü yayılan məlumatla bağlı “The Wall Street Journal”a, ya da Ağ Evə müraciət etmək lazım olduğunu söyləyib:

"Bizim deməyə sözümüz yoxdur... Anglo-Sakson qəzetləri çoxlu "utka" dərc edir, ona görə də burada ya qəzetlə, ya da Ağ Evlə əlaqə saxlamaq lazımdır”, deyə Kremlin mətbuat katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR