Peskov Donbasa səfər edib

Peskov Donbasa səfər edib
# 09 noyabr 2022 14:36 (UTC +04:00)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyanın özünə birləşdirdiyi ərazilərinə səfər edib.

APA TASS-a istinadən xəbər verir ki, bu səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", o deyib. Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR