Peskov: "Ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət Qərbin səhvlərinin nəticəsidir"

Peskov: "Ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət Qərbin səhvlərinin nəticəsidir"
# 17 iyun 2022 08:30 (UTC +04:00)

Dünyada taxıl və gübrə təchizatı ilə bağlı yaranmış mövcud vəziyyət Qərb dövlətlərinin səhvinin nəticəsidir.

APA "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun fikrincə, bu məsələdə Rusiyanın cavabdehlik daşıması ilə bağlı səslənən fikirlər tamam yanlışdır.

“Ərzaq qiymətlərinə nə oldu ? Qiymətlər həm inflyasiya, həm də son bir neçə ildə yol verilən səhvlər səbəbindən artıb”, - deyə Kreml sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR