Peskov Finlandiya və İsveçin NATO-ya üzvlük ehtimalını şərh edib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 11 may 2022 15:05 (UTC +04:00)

"Rusiya NATO-nun sərhədlərimiz yaxınlığında konfiqurasiyasını dəyişdirən fəaliyyətləri ilə bağlı hər şeyi müşahidə və diqqətlə təhlil edir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Finlandiya və İsveçin alyansa daxil olma ehtimalını şərh edərkən bildirib.

"Sərhədlərimiz yaxınlığında alyansın (NATO - red) konfiqurasiyasını bu və ya digər halda dəyişdirməyə qadir olan fəaliyyətlərlə bağlı hər şeyi biz ən diqqətli şəkildə izləyirik. Bu, olduqca hərtərəfli təhlilin mövzusudur. Hələlik daha çox şey deyə bilmərik”, deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR