Peskov: “Putin mayın 9-da Qələbə Paradında çıxış edəcək”

Peskov: “Putin mayın 9-da Qələbə Paradında çıxış edəcək”
# 06 may 2022 15:22 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Paradında çıxış edəcək və Naməlum əsgərin məzarına gül dəstələri qoyacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dediyim kimi, mayın 9-da Putin hərbi paradda iştirak edəcək, onun çıxışı olacaq və ənənəyə görə, paradın sonunda dövlət başçısı Naməlum əsgərin məzarı önünə əklil qoyacaq”, – Peskov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR