Peskov: Putinin qrafikində Makronla telefon danışığı hələlik yoxdur

Peskov: Putinin qrafikində Makronla telefon danışığı hələlik yoxdur
# 16 noyabr 2022 14:22 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin iş qrafikində fransalı həmkarı Emmanuel Makronla telefon danışığı hələlik yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, prezidentin qrafikində Markonla telefon danışığı hələlik yoxdur”, – Kremlin sözçüsü qeyd edib.

Peskov Rusiya və Türkiyə liderləri arasında gözlənilən təmas barədə də danışıb: “Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, lazım gələrsə, bir neçə saat ərzində təmasları koordinasiya edir, burada heç bir problem yoxdur, onlar daimi əlaqə saxlayırlar. Lazım olanda telefonları götürüb bir-biri ilə danışacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR