Peskov: "Putinin Rafael Qrossi ilə görüşü planlaşdırılmayıb"

Peskov: "Putinin Rafael Qrossi ilə görüşü planlaşdırılmayıb"
# 11 yanvar 2023 21:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşü planlaşdırılmayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

Xatırladaq ki, Qrossi gələn həftə Ukraynada olacağını, bundan sonra Rusiyaya gəlmək istədiyini bildirmişdi.

Putin və Qrossi sonuncu dəfə oktyabrda Sankt-Peterburqda görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR