Peskov: “Putinin Türkiyəyə səfərinə hazırlıq getmir” - YENİLƏNİB

Vladimir Putin

© APA | Vladimir Putin

# 17 may 2022 14:43 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər dəvətindən yararlanacaq, lakin yaxın gələcək üçün belə planlar yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Vladimir Putinin həqiqətən də Türkiyəyə səfər etmək üçün dəvəti var və o, bu dəvətdən mütləq istifadə edəcəyini deyib. Belə bir səfərin tarixi razılaşdırılacaq, lakin yaxın gələcək üçün heç bir razılaşma yoxdur", - Kremlin sözçüsü Rusiya prezidentinin Türkiyədə görüşə dəvət alıb-almaması ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Türkiyənin KİV-ləri Putinin yaxın günlərdə Türkiyəyə səfərinin gözlənildiyi ilə bağlı məlumat yayıb.

***

12:18

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Putinin Ankaraya səfərinə hazırlıq getməsi ilə bağlı yayılan xəbəri təkzib edib.

O bildirib ki, yaxın günlərdə Putin Ankaraya səfərinə hazırlıq getmir.

Qeyd edək ki, Türkiyə KİV-i Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR