Peskov Putinlə Ərdoğanın “Bayraktar”ların istehsalını müzakirə edib-etməməsinə aydınlıq gətirib

Peskov Putinlə Ərdoğanın “Bayraktar”ların istehsalını müzakirə edib-etməməsinə aydınlıq gətirib
# 27 iyul 2022 16:47 (UTC +04:00)

Rusiya və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlıq hər zaman gündəlikdədir.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlığı müzakirə edib-etməməsi ilə bağlı suala cavab verərkən deyib.

“İki ölkə arasında hərbi-texniki əməkdaşlıq hər zaman gündəlikdədir. Faktiki olaraq bizim qarşılıqlı fəaliyyətlərimiz bu cür həssas sferada inkişaf edir. Ümumilikdə, bizim bütün sahələr üzrə əlaqələrimiz yüksək səviyyədədir”, - Peskov bildirib.

O, iki prezident arasında son təmaslar zamanı hərbi-texniki əməkdaşlıq mövzusuna müxtəlif aspektlərdə toxunulduğunu təsdiq edərək, tərəflərin budəfəki görüşü zamanı da bu məsələnin gündəmdə olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR