Peskov: Rusiyanın Milad atəşkəsi təşəbbüsü məqsədinə çatıb

Peskov: Rusiyanın Milad atəşkəsi təşəbbüsü məqsədinə çatıb
# 10 yanvar 2023 14:21 (UTC +04:00)

Rusiyanın Milad atəşkəsi təşəbbüsü məqsədinə çatıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər xüsusi əməliyyat zonasında olan pravoslav xristianlardan biri Milad bayramında kilsədə dua edə bilibsə, bu o deməkdir ki, Rusiya Federasiyasının təşəbbüskarı olduğu atəşkəs öz məqsədinə çatıb", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Ukraynada atəşkəsin yenidən elan edilməsi ehtimalına da münasibət bildirib.

O, qeyd edib ki, bu, Rusiyanın Ali Baş Komandanın qərarından asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR