“Philip Morris” şirkəti Rusiyanı tərk edir

“Philip Morris” şirkəti Rusiyanı tərk edir
# 22 iyul 2022 07:09 (UTC +04:00)

ABŞ-ın Philip Morris International (PMI) tütün konseri ilin sonunadək Rusiya bazarını tərk edə bilər.

APA-nın xəbərinə görə, bunu şirkətin icraçı direktoru Yaçek Olçak “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Biz Rusiyada işlərimizi başa çatdırmaq üçün səylə çalışırıq. Düşünmürəm ki, rüb sonunadək gedə bilərik. Zənnimcə, ilin sonunadək Rusiyadan getməklə bağlı razılığa gələ biləcəyik” – deyə Olçak qeyd edib.

Rusiya bazarını tərk edən şirkət Asiya ölkələrinə yönəlməyi planlaşdırır. Hazırda Rusiyada şirkətin 2 fabrikində 3 200 nəfər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR