Polşa qazın pulunu rublla ödəməkdən imtina edib

Polşa qazın pulunu rublla ödəməkdən imtina edib
# 26 aprel 2022 22:02 (UTC +04:00)

Polşanın PGNiG neft-qaz konserni Rusiyadan idxal edilən qazın dəyərini rublla ödəməkdən imtina edib.

APA-nın xəbərinə görə, bu barədə “Ria Novosti” məlumat yayıb.

Məlumatda bildirilir ki, PGNiG “Qazprom”un təchiz etdiyi qazın dəyərini Rusiya rublu ilə ödəməkdən imtina edir.

Şirkətdən bildirilib ki, “Qazprom”a heç bir borcları yoxdur və Yamal müqaviləsi çərçivəsində ötürülən qazın kəsilməsi üçün heç bir əsas yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR