Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Polşa səfiri Rusiya XİN-ə çağırılıb
# 16 noyabr 2022 19:39 (UTC +04:00)

Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəd ərazisinə iki raket düşüb.

Nəticədə iki dinc sakin həlak olub.

Rusiya Müdafiə Nazirliyi Polşaya atılan raketlərlə əlaqəsinin olmadığını və raket fraqmentlərinin Ukraynaya məxsus "S300" sistemlərinə aid olduğunu açıqlayıb.

Rəsmi Varşava insidentə görə Rusiyanı günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR