Psaki: “ABŞ-Rusiya danışıqları yanvarda keçiriləcək” - YENİLƏNİB

Cen Psaki

© APA | Cen Psaki

# 23 dekabr 2021 22:44 (UTC +04:00)

"ABŞ Rusiya ilə yanvarda təhlükəsizliklə bağlı danışıqlar keçirəcək. Lakin danışıqların detalları hələ tam razılaşdırılmayıb”.

APA-nın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Yanvarda bizim danışıqlarımız olacaq. Biz sadəcə olaraq bütün detalları razılaşdırmamışıq. Bu, növbəti mərhələdə olacaq”, deyə Psaki əlavə edib.

***

21.20

Ağ Evdən bildirilib ki, ABŞ yanvardan etibarən Rusiya ilə təhlükəsizlik sahəsində danışıqlara başlaya bilər.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, Ağ Evin rəsmisi deyib ki, yanvarda Rusiya ilə təhlükəsizliklə bağlı diplomatik təmaslar başlaya bilər. Lakin irəliləyiş yalnız Ukrayna ətrafında deeskalasiya mühiti formalaşdıqdan sonra mümkündür.

Ağ Evin rəsmisi əlavə edib ki, ABŞ ikitərəfli təmaslardan strateji təhlükəsizlik məqsədi ilə istifadə edəcək. Lakin substantiv irəliləyiş yalnız deeskalasiya mühitində mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR